Tərtərdə ölən yaralananlar yaxın qohumlardır

64
(Yenilənib 15:21 15.10.2020)
Nofəl və İskəndər Əmirovlar qardaşdır. Hadisə onların anasının dəfn mərasimi zamanı baş verib. Son dəqiqə məlumatına görə yaralılardan biri də xəstəxanada dünyasını dəyişib.

BAKI, 15 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bu gün Tərtər şəhərindəki qəbiristanlığa hücum edib. Nəticədə Azərbaycanın mülki vətəndaşları həlak olub və ağır yaralanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, ölən və yaralananlar qohumluq əlaqələri olan şəxslərdir.

Nofəl və İskəndər Əmirovlar qardaşdır. Hadisə onların anasının dəfn mərasimi zamanı baş verib. Son dəqiqə məlumatına görə yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Bununla da Tərtər qəbiristanlığınını atəşə tutulması nəticəsində ölən mülki şəxslərin sayı 4-ə çatıb.

Hadisə zamanı yaralanan dörd nəfərin vəziyyəti ağır olaraq qalır.

64
Əlaqədar
Ermənistanın dinc sakinlərə hücumu davam edir: Tərtərdə üç nəfər həlak oldu
Ermənistanın hücumu zamanı Tərtərdə ölən və yaralanan mülki vətəndaşların adları açıqlandı
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

6
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

6
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

7
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

7
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı Vaksinasiya Strategiyası təsdiqlənib

0
Bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar - Sputnik. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə görə, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu; 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərləri vaksinasiya olunacaqlar.

 

0
Teqlər:
Nazirlər Kabineti, strategiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya