Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Ermənistan mülki obyektlərdə dağıntı yanğınlar törətməkdə davam edir - FHN

26
(Yenilənib 18:39 06.10.2020)
Ermənistanın silahlı qüvvələrinin açdığı atəş nəticəsində Füzuli, Ağdam və Bərdə rayonlarındakı evlərə, mülki obyektlərə ziyan dəyib

BAKI, 6 oktyabr — Sputnik. Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Füzuli rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin yanar konstruksiyaları alovlanıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evin dam örtüyünün yanar konstruksiyaları və bir otağının yanar konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112" qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

26
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

6
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

6
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

6
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

6
Tibbi maskada olan həkim, arxiv şəkli

Koronavirusdan da betər epidemiya yayılıb - Myasnikov

0
(Yenilənib 21:24 16.01.2021)
Məşhur rus həkimin fikrincə, koronavirusla müqayisədə piylənmənin fəsadlarının ölüm göstəricisi daha yüksəkdir

BAKI, 16 yanvar - Sputnik. Tanınmış rus hıkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, dünya özü də bilmədən başqa bir epidemiyanın əlində əsirdir. Bu, koronavirusdan daha təhlükəli olan piylənmədir.  

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov "Rossiya-1" telekanalının efrində deyib.

"İl ərzində COVID-19-un ömrünə son qoyduğu 1,5 milyon insanla yanaşı, 10 milyon adam da aclıqdan ölüb. Daha maraqlısı budur ki, piylənmənin yaratdığı problemlərdən ölənlərin sayı 20 milyondan çoxdur", - mütəxəssis deyib.

Həkimin sözlərinə görə, dünya əhalisinin 40%-dən çoxu artıq çəkidən əziyyət çəkir. 

Myasnikov vurğulayıb ki, piylənmə sonradan diabet, infarkt, insult və onkoloji xəstəliklərə səbəb olur. Koronavirusla müqayisədə, həkimin fikrincə, piylənmənin ölüm göstəricisi daha yüksəkdir. 

Köklüyə meyllilik valideynlərdən də qaynaqlana bilər. Myasnikov deyir ki, əgər ailədə valideynlərdən birində bu cür problem varsa, o zaman uşaq ömrü boyu kökəlməyə meylli olacaq. Daha bir amil anada diabetin olmasıdır. 

0
Teqlər:
piylənmə, Koronavirus, epidemiya, COVID-19