CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi: “Ermənistan təbliğatı yalan danışır”

© Photo : Twitter / Hikmet HajiyevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib

BAKI, 4 oktyabr - Sputnik. Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistan KİV guya Gəncə şəhərində hərbi aerodromun vurulması barədə məlumat yayıb.

"Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib" - Nazirlikdən bildirilib.

Xəbər lenti
0