Şüşə qırıntısı, arxiv şəkli

Bakıda 6 avtomobil toqquşub, ölən var

261
(Yenilənib 00:39 23.09.2020)
"VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda Hava Limanı istiqamətində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya düşüb. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

261
Teqlər:
ölüm, sürücü, zəncirvari qəza, avtomobil, qəza, Bakı
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

3
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Ermənistana məxsus taktiki PUA, arxiv şəkli

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

35
Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 22 oktyabr — Sputnik. Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib", - deyə məlumatda bildirilir.

35
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Milli Məclisin iclası, arxiv şəkli

Vəngin Çinarlı adlandırılması haqqında qanun layihəsi plenar iclasa tövsiyə edilib

0
(Yenilənib 14:28 22.10.2020)
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, aparılan müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

0