Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxdan daşıdığı yükü Zərdaba çatdıra bilmədi, maşını yolda alışdı - FOTO

© Sputnik / Rahim MammadovHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
"İritonnajlı yük maşınının təkərindən başlayan yanğın qoşqunu ağuşuna alıb. Yanğınsöndürənlər “Mercedes” markalı yük avtomobilini söndürə bilsələr də xeyli sement zay olub”

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Goranboyda “Mercedes” markalı yük avtomobili yanıb. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qazaxdan Zərdab rayonuna sement daşıyan yük avtomobilinin qoşqusu qəfildən alovlanıb. Sürücü yanğının genişləndiyini görüb dərhal avtomobili saxlaya bilsə də alovu söndürməyə nail olmayıb. Hadisə yerinə 2 yanğınsöndürmə birqadası cəlb edilib. Alov söndürülsə də yük maşınının qoşqusu və oraya yığılan xeyli sement yararsız hala düşüb.

© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Məlumata görə, “Mercedes” markalı yük maşınının qəfil alovlanmasına təkərdən başlanan yanğın səbəb olub. Qeyd edək ki, sürücü Qazaxdan Zərdab rayonuna sement daşıyırmış. Baş verən hadisəylə bağlı araşdırma aparılır. 

Xəbər lenti
0