Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi

172
(Yenilənib 23:19 18.09.2020)
1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova yerindəcə ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda dəhşətli qətl olub. Hadisə bu gün Xaçmazın Ləcət kəndində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə,  46 yaşlı Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasını güllələyib.

Aldığı xəsarətdən qaynanası,1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova yerindəcə ölüb, qaynatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Xaçmaz rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Rəhman Osmanov saxlanılıb.

172
Teqlər:
ov tüfəngi, güllələmə, qətl
Qandal, arxiv şəkli

Ölkədə müharibədir, üç qardaş isə...

82
Oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb

BAKI, 31 oktyabr — Sputnik. Bakıda oğurluq edənlər ələ keçib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

82
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir

24
Səhiyyə nazirinin sözlərinə əsasən, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

24
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə