Gürcüstanda yanğınsöndürən maşın

Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub VİDEO

24
(Yenilənib 18:44 16.09.2020)
Qardabanidə, Azərbaycan məktəbində güclü yanğın olub. Hadisə yerindən kadrları Sputnik Gürcüstan-ın videosunda izləyin

BAKI, 16 sentyabr — Sputnik. İlkin məlumatlara görə, Qardabanidəki (Kvemo-Kartli rayonu) Azərbaycan məktəbində yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Yanğın çərşənbə günü səhər başlayıb. Binadakılar təxliyə ediliblər, tədris prosesi dayandırılıb. Sputnik Gürcüstan bildirir ki, hadisə yerinə polislər və yanğınsöndürənlər gəliblər.

Bir neçə saat sonra yanğınsöndürənlər alovu ram edə biliblər. Xəsarət alan yoxdur. Amma məktəbin daxilinə güclü ziyan dəyib.

 

24
Teqlər:
yanğın, məktəb, Azərbaycan, Qardabani, Gürcüstan
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

7
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

7
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

8
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

8
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

79
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

79
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın