Bıçaq əlində qadın, arxiv şəkil

Gəlin qaynatasını yemək masası arxasında qanına qəltan etdi

109
Aysel Axundova 5 il əvvəl gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub. A.Axundovanın  yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığına səbəb olub

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Astarada bıçaqlanma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata əsasən, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Axundova tərəfindən bıçaqlanıb. N.Axundovun həyat yoldaşı Azadə Axundova hadisə zamanı evdə olduğunu Sputnik Azərbaycan-a bildirib:

“Bir neçə saat öncə mən otaqda idim, yoldaşım isə mətbəxdə oturub şam edirdi. Həyətin o biri tərəfində gəlinin ayrı öz evi var. Birdən gəldi, qışqırdı, səsə mən çıxdım, gördüm yoldaşım qan içində yerdə uzanıb. Bıçaq götürüb gəlib və 2 zərbə vurduqdan sonra qaçıb. Daha sonra özü gedib polislərə təslim olub və qaynatasını bıçaqladığını etiraf edib. Gəlinin bizimlə heç bir problemi olmamışdı, sadəcə özü boşanmaq üçün məhkəməyə ərizə verib”.

Məlumat üçün bildirək ki, Aysel Axundova 5 il əvvəl gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub. A.Axundovanın  yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığına səbəb olub və buna görə də gəlin mətbəx bıçağı ilə qaynatasını bıçaqlayıb.

Qeyd edək ki, kürək nahiyəsinin sol tərəfindən 2 bıçaq zərbəsi alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunub, vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sutka ərzində respublika ərzində ikinci hadisədir ki, qadın kişini bıçaqlayır. Mingəçevirdə, Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

109
Teqlər:
boşanma, əməliyyat, Lənkəran, Astara, qaynata, gəlin, bıçaqlama, hadisə
Əlaqədar
Qadın qonşu kişini bıçaqladı
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı
Novxanıya gedən qadını yolda düşürüb üstünə bıçaq çəkdilər
Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
Abşeronda kişi arvadını qısqanclıq zəminində bıçaqlayıb - RƏSMİ
Tənha qadın

Müəllimin intiharı araşdırılır

18
(Yenilənib 15:15 18.09.2020)
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir

BAKI, 18 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

18
Əlaqədar
Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib
Baş Prokurorluq: İbtidai sinif müəlliminin intiharı hərtəfərli və obyektiv araşdırılacaq
"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Sabiq məmur borca görə özünü asdı
Əlində ov tüfəngi tutan kişi, arxiv şəkli

Küsən arvadının ardınca əlitüfəngli getdi, kəndi qana boyadı - TƏFƏRRÜAT

357
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub.  Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SonaBeykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.

Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.

Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.

357
Teqlər:
münaqişə, kənd, gəlin, ölüm, qaynana, qaynata, kürəkən, Xaçmaz, qətl
Əlaqədar
Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi
Qaradağda qardaşı arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Lənkəranda qətl: Qısqanclıqdan arvadını güllələdi
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı
 Pandemiya zamanı imtahan

Daha bir pillə üçün ixtisas seçimi başlayır

0
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq

BAKI, 19 sentyabr — Sputnik. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

0