Şüşə qırıntısı, arxiv şəkli

Avtobusla toqquşdular, gənc oğlan ayağını itirdi

295
(Yenilənib 21:54 11.09.2020)
Həkimlərin səylərinə baxmayaraq, yaralının sağ ayağını xilas etmək mümkün olmayıb və bud nahiyəsindən amputasiya edilib

BAKI, 11 sentyabr — Sputnik. Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili  toqquşub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını xilas etmək mümkün olmayıb və bud nahiyəsindən amputasiya edilib. Faktla bağlı araşdırma aparılır.

295
Teqlər:
toqquşma, minik avtomobili, avtobus, amputasiya, ayaq, gənc, qəza
Əlaqədar
Qaradağda mikroavtobus qəzaya düşdü, ölən var
Abşeronda ağır qəzada yaralananların kimliyi bilindi - VİDEO
Bakıda aeroporta doğru hərəkət edən sərnişin avtobusu qəzaya düşdü
Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb
Goranboyda minik maşını parçalandı, ölənlər var - FOTO
Qəza

Gədəbəydə ağır yol qəzası olub, çox sayda adam xəsarət alıb

8
(Yenilənib 22:10 08.03.2021)
Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKI, 8 mart - Sputnik. Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Dəyirmandağ kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən Xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

8
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

16
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

16
Teqlər:
intihar, kişi, Bakı
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

0
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

0