CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı

© Sputnik / Rahim MammadovHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Mingəçevirdə 34 yaşlı qadın küçədə bıçaqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Yevlax rayon Xanabad kənd sakini, 1986-cı il təvəllüdlü Mirvari Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılıb. Zərərçəkən xeyli qan itirdiyindən dərhal əməliyyat masasına qaldırılıb.

Mingəçevir Şəhər xəstəxanasının həkim-cərrahı Məhəmməd Quliyev Sputnik Azərbaycana-a bildirib ki, zərərçəkən çox ağır vəziyyətdə çatdırılıb: "Xəstə Mirvari Yaşar qızı Məmmədova bədənin çoxsaylı 12 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Yoxlama zamanı xəstənin bıçaq yaraları biri ürək nahiyəsinə sirayət etmiş, biri qarın boşluğuna, digəri isə böyrəyə daxil olmuşdu. Zədələnmə zamanı ürək, ağciyərlər zədələnib, litr yarıma qədər qan axıb".

Yevlax rayon Xanabad kənd sakini Mirvari Məmmədovanı doğma qardaşı, Malik Məmmədovun qısqanclıq zəminində bıçaqladığı məlum olub. Hadisəni törədən 35 yaşlı M.Məmmədov polis əməkdaşları tətəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti
0