Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronda ağır qəzada yaralananların kimliyi bilindi - VİDEO

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanların içərisində bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir

BAKI, 9 sentyabr — Sputnik. Abşeron rayonunda, Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda  qəzaya düşənlərin şəxsiyyəti bəlli olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki "Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə təcili tibbi yardım xidmətinin və yol polisinin əməkdaşları cəlb olunublar. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların içərisində bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0