DİN əməkdaşları, arxiv şəkli

Polisə müqavimət göstərənlər həbs edildilər

19
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 9 sentyabr — Sputnik. 18 may 2020-ci il tarixdə Yevlax şəhəri ərazisində xidməti vəzifələrini icra edən Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma-zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Yevlax rayon sakinləri Qulu Quliyev, Əli Salmanov, Heydər Quliyev Veyis Abdullayev rayon sakinlərinin arasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Yevlax rayon polis şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanı kobud surətdə pozublar.

Həmin qrup üzvləri cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri ediblər.

Həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Yerdən götürdükləri daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə ataraq, polis əməkdaşları Eşqin İbrahimov, Şamil Nəcəfov və Vasif Fəttayevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qulu Quliyev Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayev isə Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

19
Əlaqədar
Karantin əleyhinə mübarizənin Yevlax üsulu - FOTOLAR
Yevlax "böhranı" cızıqdan çıxır: polisə xəsarət yetirdilər
“Qaraçılar məhəlləsində” vəziyyət düzəlir – Məhdudiyyətlər ləğv edildi
Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO
Tənha qadın

Müəllimin intiharı araşdırılır

18
(Yenilənib 15:15 18.09.2020)
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir

BAKI, 18 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

18
Əlaqədar
Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib
Baş Prokurorluq: İbtidai sinif müəlliminin intiharı hərtəfərli və obyektiv araşdırılacaq
"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Sabiq məmur borca görə özünü asdı
Əlində ov tüfəngi tutan kişi, arxiv şəkli

Küsən arvadının ardınca əlitüfəngli getdi, kəndi qana boyadı - TƏFƏRRÜAT

370
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub.  Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SonaBeykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.

Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.

Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.

370
Teqlər:
münaqişə, kənd, gəlin, ölüm, qaynana, qaynata, kürəkən, Xaçmaz, qətl
Əlaqədar
Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi
Qaradağda qardaşı arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Lənkəranda qətl: Qısqanclıqdan arvadını güllələdi
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

0
(Yenilənib 18:21 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

0