CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə "kriminal qiraət" beş ay çəkdi: "baron" arvadıyla hücuma keçibmiş

© AP Photo / Armando FrancaУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar

BAKI, 7 sentyabr — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Polis Şöbəsi əməkdaşlarının rayonun Kortala kəndi ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan İsayev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin becərildiyi ərazidə ümumi çəkisi 7 kiloqramdan artıq olan 54 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

305 kiloqramdan artıq heroin - Sputnik Azərbaycan
HADİSƏ
Astarada əcnəbilərin iyirmi iki milyon avroluq əməliyyatını heç etdilər - FOTO - VİDEO

İstintaqın gedişi zamanı məlum olub ki, R.İsayev həbsdə olarkən tanış olduğu rayonun Mahamalar kənd sakini Xalid Novruzov və onun tanışı "Baron Eyvaz" ləqəbi ilə tanınan Eyvaz Qocayevlə qabaqcadan əlbir olaraq, may ayında 400 ədəd çətənə bitkisinin şitillərini həmin şəxslərdən alıb, evinin həyətyanı sahəsində becərib. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının iyun ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə X.Novruzov saxlanılıb. "İş ortağı"nın tutulmasından sonra qorxuya düşən R.İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, X.Novruzovun həbs olunmasından sonra onun həyat yoldaşı Elnarə Keysərovskaya, Eyvaz Qocayev, onun həyat yoldaşı Sara Sultanova və həmkəndliləri Vüsal Gözəlov Rizvan İsayevin yaşadığı ünvana gələrək, may ayında ona verdikləri çətənə bitkilərini geri qaytarmasını tələb ediblər. R.İsayev isə həmin narkotik vasitəni yandırdığını bildirdikdə tərəflər arasında münaqişə yaranıb və ona ölümlə hədə-qorxu gəliblər. R.İsayevin ailəsi məsələyə qarışdıqdan sonra həmin şəxslər qorxuya düşərək ərazidən uzaqlaşıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvaz Qocayev və Vüsal Gözəlov da şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Xəbər lenti
0