Həkim, arxiv şəkli

Mərkəzi Xəstəxananın baş həkimi cinayət işlədi

23
(Yenilənib 14:20 07.09.2020)
Baş həkim Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib

BAKI, 7 sentyabr — Sputnik. "Bərdə rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə rayon Prokurorluğunda araşdırma aparılıb.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

23
Teqlər:
baş həkim, ETSN, təbiət, ağac
Əlaqədar
Bakıda gecə vaxtı ağacları məhv edən şirkətin işi prokurorluğa göndərildi
Prokurorluq: Ağacların qırılmasına bələdiyyə sədri göstəriş verib
Bakıda gecə qətliamının qarşısı alındı - Bir hissəsi xilas olunub
Qubada ağaclara divan tutanlar haqqında ölçü götürüldü
Novxanıda qadının göstərişi başına bəla oldu
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

20
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

20
Qəza, arxiv şəkli

Yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var

13
(Yenilənib 13:42 21.01.2021)
Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

BAKI, 21 yanvar — Sputnik. Sumqayıt şəhərində yol qəzaları baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "İsuzu" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

13

Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

0
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

0