BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 6-da saat 05 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini, 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyiti aşkar edilib.
Sputnik Azərbaycan Tərtər rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, hadisə barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 25 yanvar — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik, ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
BAKI, 25 yanvar — Sputnik. Moskvada məşhur komik və aktyor, "Stand up Show"nun (Comedy Club) iştirakçısı Aleksandr Şalyapinin meyiti tapılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi bildirilir.
Qeyd olunur ki, Şalyapinin meyitini həyat yoldaşı tapıb. Qadın evə təcili yardım çağırıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Şalyapinin 41 yaşı olub. O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb.