BAKI, 6 sentyabr - Sputnik. Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
Ağdaş rayon sakini 1987-ci il təvəllüdlü Şirinov Elvin Oktay oğlunun idarə etdiyi "Shachman" markalı yük avtomobili ilə, Qax rayon Qaratala kənd sakini 1991-ci il təvəllüdlü Qurban Məmmədovun sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.