CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-nin əməkdaşı faciəli şəkildə dünyasını dəyişdi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayonu Palçıqoba kənd sakini 27 yaşlı  FHN-nin əməkdaşı Alışov Səlim Natiq oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 6 sentyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı faciəli şəkildə avtqəzada dünyasını dəyişib. Hadisə Xaçmaz-Xudat yolunun Çinarta kəndindən keçən hissəsində baş verib 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bədbəxt hadisə dünən gecə saatlarında olub.

Xaçmaz rayonu Palçıqoba kənd sakini 27 yaşlı  FHN-nin əməkdaşı Alışov Səlim Natiq oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

FHN-nin əməkdaşı yaralı halda xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədənin "Mercedes" markalı avtomobilin sürücüsü "Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi"nin Direktor müavini Vüqar Məmmədovun oğludur.

Hadisə araşdırılır.

Xəbər lenti
0