BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozmasi müşahidə olunub.
DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, sərhəd zastavası "həyəcan" komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirib, nəticədə sərhəd pozucularından biri - Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd "Metadon", 100 ədəd "Glibotex", 210 ədəd "Gabaprel" psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.
Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metamfetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.