İntihar kəndiri, arxiv şəkli

Sabiq məmur borca görə özünü asdı

83
(Yenilənib 09:54 05.09.2020)
İntihar edən Fərrux Musayev əvvəllər Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsinin müdiri olub

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Zaqatalada intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə sentyabrın 4-də günorta saatlarında baş verib. Şəhər sakini Fərrux Musayev qohumlarına məxsus tikilidə özünü asıb. Onun külli miqdarda borca görə özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Fərrux Musayev əvvəllər Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsinin müdiri olub.

83
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

20
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

20
Qəza, arxiv şəkli

Yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var

13
(Yenilənib 13:42 21.01.2021)
Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

BAKI, 21 yanvar — Sputnik. Sumqayıt şəhərində yol qəzaları baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "İsuzu" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

13
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ