Taksi, arxiv şəkli

Bu da taksi ilə bağlı son günlərin ən pozitiv xəbəri

91
(Yenilənib 20:44 03.09.2020)
9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutub

BAKI, 3 sentyabr — Sputnik. Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə şirkətin "Facebook" səhifəsində məlumat verilib:

"Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır".

91
Əlaqədar
Yeni konsepsiyanın qısa məzmunu - Ucuz taksilərə əlvida
Bakıda bu taksilər üçün elektrik doldurma stansiyaları quraşdırılır
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
YAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"
"Taksi məsələsi"nə yenidən baxılacaq: Hikmət Babayev barəsində inzibati tədbir görülüb
Elektrik mənbəyi, arxiv şəkli

Mebel salonunda ölüm: bağbanı cərəyan vurdu

0
(Yenilənib 15:15 21.09.2020)
Mebel salonunda bağban işləyən Rəhman Aslanov elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rəhman Aslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən "Evra" MMC-yə məxsus "Voga" mebel salonunda bağban işləyən Rəhman Aslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

0
Teqlər:
bağban, Bakı, mebel salonu, ölüm, elektrik cərəyanı
Əlaqədar
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Qəbələ sakinini elektrik cərəyanı vurdu
Sürücünü cərəyan öldürdü
Qadın əlləri ilə üzünü tutub, arxiv şəkli

Neftçalada qızın qeyri-etik şəkillərini yayan şəxs həbs edilib

10
(Yenilənib 14:51 21.09.2020)
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 21 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, qeyd olunanlarla bağlı Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

10
Əlaqədar
Cəngəllik qanunları ilə işləyən şəbəkə və "min manatlıq" ömürlər - bunun cəzası yoxmu?
Müəllimin intiharı araşdırılır
Bərdədə qaçırılan yetkinlik yaşına çatmamış qız Bakıda reabilitasiyaya yönləndirilib
"Instagram" paylaşımları başlarına bəla oldu