305 kiloqramdan artıq heroin

Astarada əcnəbilərin iyirmi iki milyon avroluq əməliyyatını heç etdilər - FOTO - VİDEO

39
(Yenilənib 19:11 01.09.2020)
"Astara" gömrük postundan keçib Qazaxıstana getmək iranlı yaman yerdə axşamlayıb. Gömrükçülərimizin iti olmasaydı, o, 22 milyon avroluq əməliyyatını "uğurla" tamamlayacaqdı

BAKI, 1 sentyabr — Sputnik. Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 305 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Sputnik Azərbaycan Gömrük Komitəsinin məlumatına əsasən bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinədaxil olan əməliyyat məlumatı əsasında, İdarənin "Astara" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Arazigojog Abdolrazzaq Moradgoli oğlunun idarə etdiyi "Traktor" markalı, 27A455/56-10 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına "kənd təsərrüfatı üçün avadanlıq - kotan" yükünün aparıldığı qeyd edilib.

  • Narkotik
    © The State Customs Committee of AR
  • Kotan yükü
    © The State Customs Committee of AR
  • Hadisə yerində
    © The State Customs Committee of AR
  • Narkotik
    © The State Customs Committee of AR
1 / 4
© The State Customs Committee of AR
Narkotik

Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan narkotik vasitə - heroin aşkar edilib və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 22 milyon avrodan artıqdır.

39
Əlaqədar
Oğuz "gil"i iyirmi milyonluq sərvətə döndü - VİDEO - FOTO
DTX İrandan narkotik və psixotrop maddə gətirilməsinin qarşısını alıb
Bakıdan ABŞ-a unikal sürpriz: "zərgər işini" polislər qiymətləndirəcəklər - FOTO
Qarnında narkotik keçirmək istəyən qadın tutuldu
İrandan gələnləri bu dəfə həbs elədilər
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

33
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

33
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

25
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

25
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

0
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

0
Teqlər:
Pentaqon, ABŞ