Uşaq, arxiv şəkli

Mənzildə divan alışdı, iki uşaq həlak oldu

126
(Yenilənib 10:25 30.08.2020)
Yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılmalarına rəğmən, tüstüdən boğulan uşaqları xilas etmək mümkün olmayıb

BAKI, 30 avqust - Sputnik. Şirvan şəhərində baş verən yanğın zamanı bir ailənin iki üzvü, körpə uşaqlar həlak olublar.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərləniblər. Onlar yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıblar. Hər iki uşaq xəstəxanada vəfat edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

126
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

19
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

19
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

52
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

52

Qubadlı quş uçuşundan - FOTO

0
(Yenilənib 11:49 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

0
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir