Ədliyyə Nazirliyinin binası, arxiv şəkli

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub

69
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirildiyinə görə, ƏN-dəki yanğın artıq söndürülüb.

BAKI, 26 avqust — Sputnik. Ədliyyə Nazirliyinin binasında yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb. 

FHN-dən Sputnik Azərbaycan-a bildirib ki, yanğın söndürülüb.

69
Tənha qadın

Müəllimin intiharı araşdırılır

13
(Yenilənib 15:15 18.09.2020)
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir

BAKI, 18 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

13
Əlaqədar
Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib
Baş Prokurorluq: İbtidai sinif müəlliminin intiharı hərtəfərli və obyektiv araşdırılacaq
"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Sabiq məmur borca görə özünü asdı
Əlində ov tüfəngi tutan kişi, arxiv şəkli

Küsən arvadının ardınca əlitüfəngli getdi, kəndi qana boyadı - TƏFƏRRÜAT

257
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub.  Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SonaBeykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.

Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.

Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.

257
Teqlər:
münaqişə, kənd, gəlin, ölüm, qaynana, qaynata, kürəkən, Xaçmaz, qətl
Əlaqədar
Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi
Qaradağda qardaşı arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Lənkəranda qətl: Qısqanclıqdan arvadını güllələdi
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

0
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

0