Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Gəncədə maraqlı ləqəbi olan kriminal ünsür saxlanılıb

29
(Yenilənib 17:23 26.08.2020)
Üç ölkədə dəfələrlə həbsxanalara düşən, kriminal aləmdə ad çıxaran gəncəli heç gözlmədiyi yerdə polislərin əlinə keçdi

BAKI, 26 avqust — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə "Krıtı Malış Gəncəli" ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilib.

© AR Ministry of Internal Affairs
"Krıtı Malış Gəncəli" ləqəbi ilə tanınan Zaur İsmayılov

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, "naqan" tipli revolver tapança,həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9 mm kalibirli "Makarov" tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

29
Əlaqədar
Azərbaycanlı kriminal avtoritet belə dəfn edilir - VİDEO
Lənkəranskinin qətlinə görə 4 il sonra qisas aldılar
Bərdədə kriminal qarşıdurma: vəzifəli şəxslər rayona ezam olundular
Rövşən Lənkəranskinin killerinə 19 il iş kəsdilər
Kriminal avtoritetin qatili həbs edildi
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

8
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

8
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir
Tuneldə dayanmış adam, arxiv şəkli

Yasamalda qətl baş verib, qatil axtarışdadır

17
(Yenilənib 12:39 27.11.2020)
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

17
Teqlər:
Yasamal rayonu, axtarış, qatil, qətl
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

0
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

0
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom