Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb

Sel suları Mingəçevirdə fəsadlara səbəb oldu - FOTOLAR

143
(Yenilənib 23:00 25.08.2020)
Mingəçevirdə İmadəddin Nəsiminin adını daşıyan park yağış, ardından yaranan sel sularına tab gətirməyib. Lill qatı insanların hərəkət etdiyi hissəyə, ağacların dibinə çöküb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 avqust – Sputnik. Ötən həftə sonu ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, leysan yağışı Mingəçevirdə də fəsadlara səbəb olub. Belə ki, yağıntının həddindən artıq düşməsi sel sularının yaranmasına gətirib çıxarıb. Şəhərin Xaldan şosesi tərəfindən giriş hissəsində salınan “Nəsimi” parkında təbiət hadisəsi nəticəsində çökmə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, həmin hissədə gediş-gəliş dayandırılıb. Güclü yağışdan sonra axıb gələn sel suları parkın yaşıllıq zolağına, güllər əkilən hissəsinə də təsir göstərib. İstirahət parkının bir hissəsi lil qatının altında qalıb.

  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb
    © Sputnik / Rahim Mammadov
1 / 6
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə Nəsiminin adını daşıyan park yağışdan sonra çöküb

İnsanların istirahəti üçün təxminən 2 ay öncə istifadəyə verilən parkda 2000-ə yaxın ağac, bəzək kolları, eləcə də gül-çiçək əkilib. “Nəsimi” parkında uşaq əyləncə mərkəzi, böyüklər üçün idman qurğuları, eləcə də  basketbol və mini futbol  meydançaları var. Parkın ümumi sahəsi iki hektara yaxındır.

143
Вице-премьер Узбекистана Уктам Барноев

Özbəkistan baş nazirinin müavini koronavirusdan həyatını itirib

10
(Yenilənib 15:05 20.09.2020)
Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

BAKI, 20 sentyabr - Sputnik. Özbəkistanın baş nazirinin müavini Uktam Barnoyev COVID-19-dan vəfat edib. Bu barədə Sputnik Özbəkistan xəbər verir.

Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

Uktam Barnoyevin 56 yaşı var idi.

Özbəkistanda artıq üçüncü rəsmi şəxs koronavirusdan vəfat edir. Qaraqalpaq Müxtariyyətinin parlamentinin sədri Musa Ərniyazov və Özbəkistan maliyyə nazirinin müavini Erkin Tursunov da COVID-19-dan vəfat ediblər.

Ümumilikdə Özbəkistanda koronavirusdan 429 nəfər ölüb.

10
Bakıda buludlu hava

Sabaha olan hava proqnozu açıqlandı

14
(Yenilənib 13:23 20.09.2020)
Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq. 

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.  

14

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

0
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

0
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib