Yaşlı kişi, arxiv şəkli

Səkkiz ay əvvəl itkin düşən kişini axtarmağa başladılar

7
(Yenilənib 19:23 25.08.2020)
Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə yun köynək, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.

BAKI, 25 avqust — Sputnik. İtkin düşən 82 yaşlı Sumqayıt sakini axtarılır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan Yunus Hüseynov cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşlu, ağbəniz, saçı qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur.

Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə yun köynək, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.   

© AR Ministry of Internal Affairs
Yunus Hüseynov

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

7
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda 6 avtomobil toqquşub, ölən var

258
(Yenilənib 00:39 23.09.2020)
"VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda Hava Limanı istiqamətində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya düşüb. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

258
Teqlər:
ölüm, sürücü, zəncirvari qəza, avtomobil, qəza, Bakı
Oğlan, arxiv şəkli

Qubada məktəbli intihar etdi

26
(Yenilənib 21:30 22.09.2020)
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 22 sentyabr - Sputnik. Qubada dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon Rustov kənd sakini, 16 yaşlı Ülfət Rufət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevə məxsus evin həyətində özünü asıb.
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. 
Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.
Hadisə ilə bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb.

26
Teqlər:
Quba, məktəb, intihar
Millət vəkili Qüdrət Həsənquliyev

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi Ordumuzun yalnız bir məqsədi var

0
(Yenilənib 14:34 23.09.2020)
Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.

BAKI, 23 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin "Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir" fikrinə münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Xocalı faciəsi, 2016-cı ilin Aprel hadisələri zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir. Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordumuz bu məqsədə çatmaq üçün tam hazırdır". - Nazirlikdən bildiriblər. 

0