DİN əməkdaşları, arxiv şəkli

Polis parkda gəzən koronavirus xəstəsini saxladı

15
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib

BAKI, 25 avqust — Sputnik. Paytaxtın Sabunçu rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkarlanıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (435)
Əlaqədar
Koronavirusa yoluxma sayı açıqlandı
Bakıda aviabieti olanlar aşağı qiymətə koronavirus testindən keçə biləcəklər
ÜST nümayəndəsindən ikinci dalğa barədə optmist proqnoz
Ölümlə həyat arasında çarpışan qəhrəman - Süni nəfəs aparatı, reanimasiya...
COVID-19-dan sağalanları düşündürən suala cavab verildi
Ovçu

Azərbaycanda Milli Parkın əməkdaşlarını güllələdilər

20
(Yenilənib 12:43 28.01.2021)
Qızılağac Milli Parkının üç əməkdaşı iş başında olarkən güllələnib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlayıb

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon Prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin gün saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs onlara ov tüfəngindən atəş açıb. İnsident zamanı işçilər xəsarət alıblar.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

20
Teqlər:
cinayət, güllələnmə, əməkdaş, Qızılağac Milli Parkı
Zibil qutusu, arxiv şəkli

Bakıda qadını doğrayıb zibil qutusuna atan şəxs onun qaynatası imiş

490
(Yenilənib 11:07 28.01.2021)
Bakıda qadını doğrayıb zibil qutusuna atan qaynata tutulub. Cinayəti Nəsimi rayon Prokurorluğu araşdırır

BAKI, 28 yanvar — Sputnik. Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qaynatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

490
Teqlər:
qaynata, Bakı, qətl

Hava korlanacaq

0
(Yenilənib 13:29 28.01.2021)
Sabaha olan hava proqnozuna görə, gecə bəzi rayonlara yağış, qar yağacaq. Bakıdakılar üçün də hava xoş olmayacaq: külək güclənəcək

BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda yanvarın 29-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Yanvarın 29-da Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

0
Teqlər:
külək, yağış, hava proqnozu