CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda faciə: ailənin ilk övlad həsrəti gözündə qaldı

© AFP 2023 / WANG ZHAOБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hamiləlik dövründə qadının problemi olmayıb, lakin doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər

BAKI, 25 avqust — Sputnik. Şamaxı rayonunda körpə doğuş zamanı ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Şamaxı şəhər sakini, 2001-ci il təvəllüdlü Zərbəliyeva Lamiyə Araz qızı ötən gecə saat 04:30 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladını dünyaya gətirib. Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmov bildirib ki, Lamiyənin hamiləlik dövründə problemi olmayıb, lakin doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. O, hazırda ananın vəziyyətinin orta-ağır olduğunu deyib.

Həkim Nəzakət Abdurracaqova bildirib ki, doğuşdan əvvəl ana və uşağın vəziyyəti normal olub, lakin doğuş zamanı qəflətən uşağın vəziyyəti pisləşib, lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə yaxşıdır. Hazırda ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Lamiyə Zərbəliyeva ötən ilə Qobustandan Şamaxıya gəlin gəlib. Bu onun ilk hamiləliyi olub.

Xəbər lenti
0