Gəncə Şəhər İcra Hakimiyyətinin binası, arxiv şəkli

Gəncə İcra Hakimiyyətinin keçmiş işçilərinə qarşı əməliyyat keçirilib Təfərrüat

40
(Yenilənib 13:33 24.08.2020)
Hər iki şəxs ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

BAKI, 24 avqust — Sputnik. Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.

© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Gəncə Şəhər Nizami rayon İcra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onlar barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.

Əli Rüstəmovla bağlı təqdimata hakim Vüqar Məmmədov, Məharət Mustafayevlə bağlı təqdimata isə hakim Fərid Əmirəliyev baxacaq.

Qeyd edək ki, hər iki şəxs ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

40
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

0
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

0