İşıqların sönməsi, arxiv şəkli

Suriya partlayışdan sonra qaranlığa qərq olub

17
(Yenilənib 09:44 24.08.2020)
Bu barədə məlumatı Suriyanın Energetika Nazirliyi yayıb. Hadisənin terror aktı olduğu istisna edilmir.

BAKI, 24 avqust - Sputnik. Paytaxt Dəməşq yaxınlığında baş verən partlayış nəticəsində ölkə işıqsız qalıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi yayıb.

Nazirlik hadisənin terror aktı olduğunu istisna etmir.

17

Bakıda partlayış olub, yaralı var

18
Partlayış zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib

BAKI, 25 yanvar — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik, ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

18
Teqlər:
yaralı, partlayış, ev, Bakı

Nobel prospektində şoka salan qəza - "Toyota" digər maşınları biçib - Fotolar

37
(Yenilənib 20:53 24.01.2021)
Vüsal Ağayevin idarə etməsindən çıxan maşın əvvəl "Toyota", daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
1 / 2
© Photo : APA
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

37
Aleksandr Şalyapin

Məşhur komik evində ölü tapıldı

0
(Yenilənib 12:24 25.01.2021)
O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb

BAKI, 25 yanvar — Sputnik. Moskvada məşhur komik və aktyor, "Stand up Show"nun (Comedy Club) iştirakçısı Aleksandr Şalyapinin meyiti tapılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi bildirilir.

Qeyd olunur ki, Şalyapinin meyitini həyat yoldaşı tapıb. Qadın evə təcili yardım çağırıb.

Hazırda hadisənin təfərrüatı araşdırılır.

Şalyapinin 41 yaşı olub. O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb.

0
Teqlər:
Rusiya, serial, vəfat, aktyor