Qəzaya düşmüş şəxs, arxiv şəkli

Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb

8
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

BAKI, 23 avqust - Sputnik. Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər - sürücü və avtomobildə olan sərnişinlər, Şəmkir rayon sakini, 1994-cü il Rəhimov İlkin İlham oğlu, 2008-ci il təvəllüdlü Quliyev Tapdıq Samir oğlu və daha 2 nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi olub.

8
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

27
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

27
Erməni əsgərləri, arxiv şəkli

Ermənistan yezidi kürdlərini Qarabağa vuruşmağa göndərir ETİRAF

10
Bakoyan bildirib ki, dünən axşam Aknaliç kəndindəki yezidilər məbədinin yanında yezidi könüllü dəstəsi formalaşdırılıb və bu gün Qarabağa getməyə hazırdır.

BAKI, 28 sentyabr — Sputnik. Ermənistanda Qarabağa yollamaq üçün yezidi kürdlərindən ibarət könüllülər dəstəsi yaradılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yezidi icmasından millət vəkili Rustam Bakoyan deyib.

Bakoyan bildirib ki, dünən axşam Aknaliç kəndindəki yezidilər məbədinin yanında yezidi könüllü dəstəsi formalaşdırılıb və bu gün Qarabağa getməyə hazırdır.

Onun sözlərinə görə, sentyabrın 27-də döyüşlərin gedişində iki yezidi yaralanıb – biri ağır, ikinci isə orta ağır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

10