Bakıda bəzi avtomagistrallarda sürət həddi endirilib

375
Gecədən davam edən yağışlı hava şəratini paytaxtın avtomagistrallarında sürət həddinə də təsir edib.

BAKI, 23 avqust - Sputnik. Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.

375
Tənha qadın

Müəllimin intiharı araşdırılır

18
(Yenilənib 15:15 18.09.2020)
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir

BAKI, 18 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

18
Əlaqədar
Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib
Baş Prokurorluq: İbtidai sinif müəlliminin intiharı hərtəfərli və obyektiv araşdırılacaq
"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Sabiq məmur borca görə özünü asdı
Əlində ov tüfəngi tutan kişi, arxiv şəkli

Küsən arvadının ardınca əlitüfəngli getdi, kəndi qana boyadı - TƏFƏRRÜAT

370
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub.  Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SonaBeykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.

Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.

Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.

370
Teqlər:
münaqişə, kənd, gəlin, ölüm, qaynana, qaynata, kürəkən, Xaçmaz, qətl
Əlaqədar
Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi
Qaradağda qardaşı arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Lənkəranda qətl: Qısqanclıqdan arvadını güllələdi
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı

Xəzərdə dalğalar şahə qalxıb

0
(Yenilənib 20:18 19.09.2020)
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

BAKI, 19 sentyabr — Sputnik. Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin açıqladığı faktiki hava şəraiti ilə bağlı məlumatda bildirilir.

Qeyd olunur ki, sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib.

0
Teqlər:
güclü külək, dalğa, Xəzər dənizi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti