CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köməyi pirdən yox, FHN-dən istədi

© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib

BAKI, 22 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Xəbər lenti
0