Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina

Sakinlərin gözü yolda, rəsmilər "yaxşı olacaq" deyir - Qarşıdan da yağışlar gəlir

3290
(Yenilənib 08:34 22.08.2020)
Əlacsız qalan sakinlər özləri problemi həll etmək istəyirlər, lakin görülən tədbirlər bir fayda vermir.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli binanın sakinləri iki aydır yağan yağışların evlərinə axdığını deyirlər. Belə ki, iyun ayının 20-də baş verən güclü külək 45 ailəlik yaşayış binasının damını uçurub. Üstündən 2 ay keçməsinə baxmayaraq, bina hələ də təmir olunmayıb. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini, lakin heç bir nəticə olmadığını bildiriblər.

Bina sakini Solmaz Abdullayeva min bir əziyyətlə təmir etdirdikləri evlərinin yağış suyunun altda qaldığını söyləyib:

"İki aydır gəlib maraqlanan yoxdur. Bütün təşkilatlara müraciət etmişik. Bildiyimiz bütün qaynar xətlərə zəng vururuq. Hara deyirik, deyirlər qeydiyyata almışıq, gəlib baxılacaq. Amma heç bir nəticə yoxdur. Bizdən süzülən yağış 3-cü mərtəbəyədək axır. 15 ailənin evi suyun altındadır. Yağış yağanda altdan yuxarı əlacsız şəkildə baxırıq" - deyərək məlumat verib.

© Sputnik / Ilham Mustafa
Bina sakini Solmaz Abdullayeva

Digər sakin Ceyran Məmmədova də aidiyyatı qurumlardan heç birinin onlarla maraqlanmadığından şikayət edir:

"İyun ayının 20-dən təbii fəlakət baş verib. Amma hələ bir nəfər gəlib maraqlanmıyıb ki, burda nə baş verib, niyə hər gün şikayət yazırsız. Heç kim sahib çıxmır. Evlər idarəsidir, şəhər sovetidir, İcra Hakimiyyətidir, hara deyirik müraciətimizə baxan yoxdur. Evimiz suyun içində qalır, övladlarımız rütubətdə yaşayır. İstəyimiz odur ki, gəlib təmir etsinlər" - deyərək aidiyyatı qurumlara müraciətindən danışıb.

Bina sakini Nazim Abbaszadə qonşuların köməyilə özlərinin bəzi tədbirlər almaq istədiklərini, lakin bunun da yağış suyu qarşısında köməksiz olduğunu deyib:

  • Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina
    © Sputnik / Ilham Mustafa
  • Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina
    © Sputnik / Ilham Mustafa
  • Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina

"Qonşularla birgə çıxıb uçan yerlərə köhnə şiferlər düzmüşük. Çadır çəkmişik. Amma xeyri yoxdur. Yağış yağan kimi yenə aralarından süzülüb evlərə tökülür. 45 ailəlik binadı. Sabah yüngül bir külək olsa hər yerini uçuracaq" - deyərək vəziyyəti izah edib.

Məsələ ilə bağlı Tovuz RİH-nin rəsmisi Mübariz Məmmədov təbii fəlakət yerinə artıq baxış keçirildiyini bildirib. Onun sözlərinə görə, yaxın günlərdə vəsait ayrıldıqdan sonra binanın dam örtüyünün bərpasına başlanacaq.

3290
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

27
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

27
Одна из станций Бакинского метрополитена, фото из архива

"Bakı Metropoliteni"ni öz fəaliyyət qrafikini açıqladı

0
(Yenilənib 16:38 28.09.2020)
Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.

Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

0