CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lotu Qulinin qatilinin adı açıqlandı

© Sputnik / Andrey Stanavov / Mediabanka keçidKişi əlində tapança ilə, arxiv şəkli
Kişi əlində tapança ilə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Başından ağır yara alan Qulini xəstəxanaya aparıblar, o özünə gəlməmiş dünyasını dəyişib. Onun qatili Dənizli şəhərinə gedən yolda polislərin əlinə keçib

BAKI, 20 avqust — Sputnik. Kriminal dünyada Lotu Quli kimi tanınan qanuni oğru Nadir Səlifovun öldürülməsi barədə bəzi detallar məlum olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə «Прайм Крайм» yazıb.

Nəşrin məlumatına görə, Azərbaycanın əsas qanuni oğrusu Türkiyənin Antalya şəhərində, oteldə ənsəsindən güllələnib. Hadisə yerində ekspert və müstəntiqlər işləyirlər. Əvvəl bildirilirdi ki, onu restoranda şam edərkən güllələyiblər. Qatilin kriminal avtoritet Xan Əhmədlinski olduğu deyilir. O, Qulinin yaxın ətrafına daxildir.

Başından ağır yara alan Qulini xəstəxanaya aparıblar, o özünə gəlməmiş dünyasını dəyişib. Qatil gizlənməyə macal tapıb. Ancaq Dənizli şəhərinə gedən yolda polislərin əlinə keçib.

Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindəndi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.

2019-cu il mayın 6-da xəbər yayıldı ki, Azərbaycandan olan qanuni oğrular Lotu Qulini onun Rusiyadakı obyektlərindən sıxışdırıb çıxarmağa başlayıblar. Onlar arasında Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) adları çəkilir.

Xəbər lenti
0