Avtomobildə axtarış aparan polisi sinəsindən bıçaqladılar

19
(Yenilənib 13:01 18.08.2020)
Astara rayonu, Şahağacı kəndi ərazisində kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən o, polis əməkdaşı Xanlar Hüseynovu bıçaqla vurub

BAKI, 18 avqust — Sputnik. Avqustun 17-də saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən onun polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə sonuncunun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, hal şahidlərinin və müdafiəçinin iştirakı şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Seyhun Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

19
Əlaqədar
Bakıda polisi bıçaqladılar
Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər
Bakıda ev sahibini öldürən kirayənişin tutuldu
Abşeronda qətl, ər arvadını öldürdü
"Instagram"da narkotiklərin qəbulunu təbliğ edən video yayan şəxs həbs edilib
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

17
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

17
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

44
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

44

Müdafiə Nazirliyi: Havadan qurudan darmadağın davam etdirilir

0
Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir və bölmələrimiz döyüş şəraitinə nəzarət edir.

BAKI, 25 oktyabr — Sputnik. "Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: "Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə