Söküntü

Bakıda qanunsuz tikilən obyekt sökülüb - VİDEO

32
(Yenilənib 11:36 18.08.2020)
Kazımov Firdovsi tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt FHN-in, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Suraxanı Rayon İH-nın nümayəndələrinin iştirakı ilə sökülüb.

BAKI, 17 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman vətəndaş Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən kənd təsürrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib. Tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən bu işlər davam etdirilib.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1 və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 15 iyul 2020-ci il tarixində müvafiq rəsmi qərar verilib.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 15 avqust 2020-ci il tarixində sökülüb.

FHN bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladır.

32
Teqlər:
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi
BakuBus avtobusu

"BakuBus" avtobusu qəzaya uğradı - VİDEO

14
(Yenilənib 11:52 24.09.2020)
Qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb

BAKI, 24 sentyabr — Sputnik. “BakuBus” avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə baku.ws məlumat yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. “BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

14
Teqlər:
BakuBus, avtobus, qəza
Marixuana nümunələri, arxiv şəkli

Yaşıl əkdi, qara barmaqlıq çıxdı: "aqronom"u başında yaxaladılar

7
(Yenilənib 11:32 24.09.2020)
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub

BAKI, 24 sentyabr — Sputnik. Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

7
Teqlər:
Qobustan, çətənə, narkotik
Əlaqədar
İran-Azərbaycan sərhədində atışma - Ölən var
İndiyədək yalnız "Saqqal Ramiz" var idi, indi "Çopur Ramiz" də oldu
Balakəndə "kriminal qiraət" beş ay çəkdi: "baron" arvadıyla hücuma keçibmiş
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Azərbaycanda narkotiklərlə mübarizə
 Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

0
(Yenilənib 13:00 24.09.2020)
"Brent" markalı neftin qiyməti 0,17 dollar geriləyərək 41,60 dollar, "Light" markalı neftin qiyməti isə 0,24 dollar ucuzlaşaraq 39,69 dollar olub

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 42,46 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,17 dollar geriləyərək 41,60 dollar, "Light" markalı neftin qiyməti isə 0,24 dollar ucuzlaşaraq 39,69 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar və ekstremist qruplar təyin edir
Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 26 il ötür
Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"
SOCAR-dan Aİ-92 benzini ilə bağlı açıqlama
Ölkədən pullar gedib, amma gəlməyib: Bir milyard dollar kəsiri necə bağlayacağıq?!