Şüşə qırıntısı, arxiv şəkli

"Şamaxinka"da qəza tıxaca səbəb oldu

53
(Yenilənib 10:12 18.08.2020)
Həmin ərazidə böyük sıxlıq müşahidə olunub, müntəzəm və ekspres xətt avtobuslarınln intervalında gecikmələr yaranıb.

BAKI, 17 avqust — Sputnik. Bakının Yasamal rayonunun Moskva prospektində - "Şamaxinka" dairəsi adlanan yerdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, həmin ərazidə böyük sıxlıq müşahidə olunub, müntəzəm və ekspres xətt avtobuslarınln intervalında gecikmələr yaranıb.

53
Teqlər:
sıxlıq, avtobuslar, gecikmə, interval, "Şamaxinka", tıxac, Bakı, Moskva prospekti, Yasamal rayonu, Bakı Nəqliyyat Agentliyi
PPX avtomobili, arxiv şəkli

Bərdədə koronavirus xəstəsi qayda pozub, məsuliyyətə cəlb edildi

5
(Yenilənib 15:34 05.12.2020)
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Bərdə Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

5
Teqlər:
qayda, xəstə, COVID-19, Koronavirus, epidemiya
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Samuxda qadını evinə zorla qaytardılar

10
(Yenilənib 11:11 05.12.2020)
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

BAKI, 5 dekabr — Sputnik. Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Nəbiağalı kənd sakini, Aynur Xəlilovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10
Teqlər:
karantin, polis, Samux, qayda pozuntusu, xəstə, Koronavirus
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Əsgərlərimiz hərbi parada hazırlaşırlar - VİDEO

10
(Yenilənib 18:03 05.12.2020)
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq

BAKI, 5 dekabr - Sputnik. Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

10
Teqlər:
video, hazırlıq, Müdafiə Nazirliyi, hərbi, parad