Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda səkkiz hektar ərazi yandı

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 16 avqust — Sputnik. Şabranda günorta saatlarında başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şabran rayonunda Xaltan qəbristanlığı adlanan ərazidə 3 ha sahədə və Meşə Təsərrüfatı İdarəsinə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0