Marixuana nümunələri, arxiv şəkli

Gəncə sakini ağır dəlillə ələ keçdi - FOTO

28
(Yenilənib 15:22 10.08.2020)
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

BAKI, 10 avqust — Sputnik. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Muraz Məmmədov saxlanılaraq BPİ-yə gətirilib.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

28
Əlaqədar
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Videosu "tutmadı", özünü tutdular
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı
Qonşu evində "xəzinə" basdırdı, ziyana düşdü
Kolumbiyasayağı biznes! Polis İsmayıllı meşəsində narkotik plantasiyası tapdı
Tənha qadın

Müəllimin intiharı araşdırılır

18
(Yenilənib 15:15 18.09.2020)
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir

BAKI, 18 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

18
Əlaqədar
Bakı məktəbinin ən yaxşı müəllimlərindən biri intihar edib
Baş Prokurorluq: İbtidai sinif müəlliminin intiharı hərtəfərli və obyektiv araşdırılacaq
"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Sabiq məmur borca görə özünü asdı
Əlində ov tüfəngi tutan kişi, arxiv şəkli

Küsən arvadının ardınca əlitüfəngli getdi, kəndi qana boyadı - TƏFƏRRÜAT

366
Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xaçmazın Ləcət kəndində baş verən qətlin təfərrüatı məlum olub.  Ləcət kənd sakinlərinin sözlərinə görə, kürəkən qaynanasını və qaynatasını güllələyərək 2-sini də qətlə yetirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, SonaBeykəs Yunusovların qızı Könül Osmanova rayonun Seyidlər kəndindən olan Rəhman Osmanovla ailə quraraq oraya gəlin köçüb. Ailə münaqişəsi nəticəsində Könül Osmanova sentyabr ayında ata evinə qayıdıb. Bundan qəzəblənən R.Osmanov həyat yoldaşını qaytarmaq üçün tüfəng hazırlayıb qaynatasıgilə gəlib. O əvvəl qaynatası Beykəs Yunusovu bayıra çağıraraq güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb.

Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb. Amma həyat yoldaşını öldürə bilməyib.

Onu da qeyd edək ki, Osmanovların ailəli bir qızları var və artıq nənə, baba da olublar.

366
Teqlər:
münaqişə, kənd, gəlin, ölüm, qaynana, qaynata, kürəkən, Xaçmaz, qətl
Əlaqədar
Xaçmazda qətl: kişi qaynatasıyla qaynanasını güllələdi
Qaradağda qardaşı arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Lənkəranda qətl: Qısqanclıqdan arvadını güllələdi
Qısqanclıq gözünü örtdü: doğma bacısının canında sağ yer qoymadı
Çəkiliş, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb

0
Festivalın bağlanış və mükafatlandırma mərasimi 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib

BAKI, 19 sentyabr — Sputnik. Rejissor Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib.

15-18 sentyabr 2020-ci il tarixlərində Türkiyənin tarixi Kapadokya bölgəsində Beynəlxalq Turizm Filmlər Festivalı keçirilib. Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin "My Country Azerbaijan" turizm tanıtım filmi "Ölkə" nominasiyasında 1-ci yerə layiq görülərək "Qızıl Mükafat" alıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 5-ci dəfə reallaşan festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir Qalasında açıq havada reallaşıb.

Festival çərçivəsində konfranslar, görüşlər, foto sərgiləri, fotosafari və atelye çalışmaları keçirilib.

Festivalın bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı"nda daha öncə də Fuad Quliyevin filmləri müxtəlif mükafatlara layiq görülüb. Bakı Media Mərkəzinin istehsalı olan "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" turizm filmi 2018-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən Turizm Filmləri Festivallarında müxtəlif mükafatlar alıb.

0