Velosipedçi, arxiv şəkli

Özünü Niderlandda hesab edən 21 azərbaycanlı cərimə edilib

104
(Yenilənib 12:55 10.08.2020)
Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub

BAKI, 10 avqust — Sputnik. Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Qeyd edək ki, dünyada ən çox velosipeddən istifadə edənlər Niderlandda yaşayırlar. Bu ölkədə velosipedlərin sayı, demək olar ki, əhalinin sayına bərabərdir və təqribən 16 milyon ədəd təşkil edir.

 

104
Əlaqədar
Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?
Millət vəkilindən maraqlı təklif - Bir gün...
"İşə piyada gedib-gəlin" - Elə bilirdiniz, polisimiz bu fəndi bilmir?

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

13
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

13
Zəncir, arxiv şəkli

Qızını zəncirləyən kişi həbs edildi

13
(Yenilənib 15:59 24.09.2020)
Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Biləsuvar rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

13
Teqlər:
Biləsuvar, işgəncə, qız, zəncir, həbs
Ay, arxiv şəkli

Sovet İttifaqının Ayla bağlı gizli planları açıqlandı

0
(Yenilənib 23:44 24.09.2020)
Belə bir rəsədxana Günəşin, Yerin, planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaqdı.

BAKI, 24 sentyabr — Sputnik. Sovet İttifaqı 60-cı illərin sonlarında ilk dəfə olaraq Ayda astronomik rəsədxana yaratmaq niyyətində olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlanmış və "Roskosmos" agentliyinin saytında yerləşdirilmiş gizli sənədlərdə deyilir.

"Təklif olunan işlərin texniki-təşkilati istiqaməti 1968-1969-cu illərdə dünyada ilk Ay rəsədxanasının yaradılması üçün real imkanları təmin edəcək", – Mərkəzin Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktoru Yuri Mozjorinin 1967-ci ildə imzaladığı sənəddə bildirilir.

Sənədə görə, belə bir rəsədxana Günəşin, Yerin (meteorologiya və digər məqsədlər üçün), planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaq.

Qeyd edilir ki, Ay astroteleskopik sistem üçün kifayət qədər dayanıqlı təbii platformadır və ondan, demək olar ki, 14 gün ərzində Kainatın istənilən obyektini müşahidə etmək olar. Ay atmosfer təsiri olmadan astrofiziki tədqiqatları aparmağa imkan verir.

Astronomik rəsədxananı E-8 enmə stansiyası əsasında yaratmaq və "Proton-K" raketinin köməyi ilə Aya çatdırmaq nəzərdə tutulub.

0