Çətənə kolları, arxiv şəkli

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

18
Ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib

BAKI, 10 avqust — Sputnik. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

18
Əlaqədar
Videosu "tutmadı", özünü tutdular
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı
Azərbaycanda daha bir bəla – 6 ayda 273 yoluxma
Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda 6 avtomobil toqquşub, ölən var

260
(Yenilənib 00:39 23.09.2020)
"VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda Hava Limanı istiqamətində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya düşüb. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

260
Teqlər:
ölüm, sürücü, zəncirvari qəza, avtomobil, qəza, Bakı
Oğlan, arxiv şəkli

Qubada məktəbli intihar etdi

27
(Yenilənib 21:30 22.09.2020)
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 22 sentyabr - Sputnik. Qubada dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon Rustov kənd sakini, 16 yaşlı Ülfət Rufət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevə məxsus evin həyətində özünü asıb.
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. 
Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.
Hadisə ilə bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb.

27
Teqlər:
Quba, məktəb, intihar
Aeroflot şirkətinin təyyarələri, arxiv şəkli

Moskva-Bakı reyslərində onlayn növbə sistemi tətbiq edilir

0
(Yenilənib 19:22 23.09.2020)
Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir.

BAKI, 23 sentyabr — Sputnik. Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır. Bu barədə AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər. Aviaşirkət onlayn forma və "WhatsApp" vasitəsilə eyni vaxtda müraciət etməməyii xahiş edir: "Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaq. Sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur".

Qeyd edək ki, Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün "WhatsApp" mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə müraciət edilməlidir:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

• WhatsApp: +7 916 901 23 80

  Qeyd edək ki, Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

Rusiyada koronavirus testindən keçmək üçün şəxslər ölkənin Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan aşağıdakı tibb müəssisələrinə müraciət edə bilərlər:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ" FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ" FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu" FDBEİ;

- "Təbabət" ("Medisina") SC;

- "İNVİTRO müstəqil laboratoriyası" MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi" MMC;

- "Laborator-diaqnostika mərkəzi" MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi" MMC.

Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

0
Teqlər:
Operativ Qərargah, Nazirlər Kabineti yanında Operativ Qərargah, AZAL, WhatsApp, Bakı-Moskva-Bakı