DTX əməkdaşları, arxiv şəkli

DTX dövlətə xəyanət edən ər-arvadı həbs edib

271
(Yenilənib 18:24 30.07.2020)
Xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq təqdim ediblər.

BAKI, 30 iyul – Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

271
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda 6 avtomobil toqquşub, ölən var

260
(Yenilənib 00:39 23.09.2020)
"VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda Hava Limanı istiqamətində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya düşüb. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

260
Teqlər:
ölüm, sürücü, zəncirvari qəza, avtomobil, qəza, Bakı
Oğlan, arxiv şəkli

Qubada məktəbli intihar etdi

27
(Yenilənib 21:30 22.09.2020)
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 22 sentyabr - Sputnik. Qubada dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon Rustov kənd sakini, 16 yaşlı Ülfət Rufət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevə məxsus evin həyətində özünü asıb.
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. 
Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.
Hadisə ilə bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb.

27
Teqlər:
Quba, məktəb, intihar

Maska ara məsafəsiz olmaz: Karantindən sonra Şəki bazarında vəziyyət yerdədir

0
(Yenilənib 19:23 23.09.2020)
Şəki şəhərindəki mərkəzi bazar dördgünlük karantindən sonra yenidən açılıb. Satışın necə getdiyini və təyin edilən qaydalara riayət edilib-edilmədiyini videomuzda izləyin.

Dünəndən Şəkinin mərkəzi bazarı alıcılar üçün açılıb. Ötən həftə onun ərazisində on üç nəfər COVID-19 infeksiyasına tutulmuşdu. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 sentyabrdan etibarən bazarın tamamilə bağlanması ilə bağlı qərar qəbul edib. Bazarın lokdaunu dörd gün davam edib və tam dezinfeksiya işlərindən sonra bazar yenidən alıcı və satıcılara öz qapısını açıb.

İndi burada ən əsas aksesuar maskadır – həm alıcı, həm satıcılar üçün. Piştaxta üzərində spirt, girişdə isə əhalinin hərarətini ölçən polis və sanitar xidməti durub. Alıcılar da bu cür tədbirləri alqışlayır və özlərini təhlükəsizlik hiss etdiklərini deyir. Əsası odur ki, vəziyyəti nəzarət altında saxlamağa davam etsinlər.

0