Yanmış avtomobil

Göygöldə dəhşət yaşandı: Ər arvad avtomobildə diri-diri yandı

39
(Yenilənib 17:12 30.07.2020)
Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb

BAKI, 29 iyul – Sputnik. Göygöldə avtomobil yanıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.

Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.

Onların ər-arvad olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

39

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

14
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

14
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

13
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13