Goranboy rayonuna yağan dolu

Bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

24
(Yenilənib 22:43 29.07.2020)
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb. Bərdə rayonuna 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

BAKI, 29 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidməti iyulun 29-u saat 22:00-a olan məlumatı açıqlayıb.

Xidmətdən verilən məlumata əsasən, Naxçıvan, Ordubad, Şahbuz, Oğuz, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Yevlax, Bərdə, Ağstafa, Şabran, Nabran, Naftalan, Kürdəmir, Mərəzə, Mingəçevir, Göyçay, Balakən, Qrız, Şəki, Zaqatala,  Qəbələ, Qusar, Quba, Xaçmaz, Tərtər, Biləsuvar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Astara, Lerik, Kişçay (Şəki), Xınalıq, Sarıbaş (Qax), Şahdağ, Yardımlı, Binə, Bakı, Zabrat, Sumqayıtda şimşək çaxıb, arabir yağış yağıb.

Şimal-qərb küləyi Naftalanda 34 m/s, Ağdamda 28 m/s, Tərtərdə 27 m/s,  Göyçayda 21 m/s, Nabran, Bərdədə 20 m/s, Xaçmaz, Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 30 m/s, Sumqayıtda 28 m/s, Bakıda, Pirallahıda 25 m/s, Qum adasında 24 m/s, Çilov adasında 20 m/s, Binədə 18 m/s, Zabratda 17 m/s, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Bərdə rayonuna 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

Gorançayın aşagı axarlarından saat 19:00 radələrində sel keçib.

24
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

215
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

215
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

27
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

27
Президент Молдовы Игорь Додон

Moldova Prezidenti azərbaycanlı erməni diasporuna çağırış etdi

0
(Yenilənib 12:21 28.09.2020)
Prezident ayrıca olaraq Moldovada yaşayan azərbaycanlı və erməni diasporunun nümayəndələrinə müraciət edib.

BAKI, 28 sentyabr — Sputnik. Moldova Prezidenti İqor Dodon bazar ertəsi keçirilmiş brifinqdə Azərbaycan və Ermənistan rəhbərliyinə atəşi dayandırmaq çağırışı ilə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Dodon Azərbaycan və Ermənistan arasında baş verənlərin Moldovanı narahat etdiyini deyib.

"Hər iki ölkə Moldova üçün dostdur, bizim yaxşı əlaqələrimiz var, o cümlədən ən yüksək səviyyədə. Biz atəşi dayandırmağa, əmin-amanlığa və sülhə çağırırıq", – Dodon bildirib.

Prezident ayrıca olaraq Moldovada yaşayan azərbaycanlı və erməni diasporunun nümayəndələrinə müraciət edib.

"Biz bir çox millətlərin sülh şəraitində yaşadığı bir dövlətik, ona görə də hamını əmin-amanlığı qorumağa çağırıram. Başa düşürük ki, vəziyyət sadə deyil, emosiyalar çoxdur, lakin mən sizə müraciət edirəm — əziz vətəndaşlar, azərbaycanlılar və ermənilər, bu münaqişəni Moldova ərazisinə keçirməyin, bizdə sakitlik olmalıdır — etirazlar və destabilizasiya olmadan", – Dodon vurğulayıb.

0