Qandal, arxiv şəkli

Masallıda vəzifəli şəxslər həbs olundular

54
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir

BAKI, 27 iyul — Sputnik. Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olan məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb edən Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.

25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

54
Əlaqədar
Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi – VİDEO
XİN-in üç məsul şəxsi həbs edildi - rüşvətə görə
Az idi qəbir yeri satan, biri də çıxdı Yasamaldan
Azərbaycanda daha bir qalmaqallı həbs – Bu dəfə orkestr rəhbəri tutuldu
Bankın rəhbərlərindən biri filial müdirinə "atdı", indi də məhkəmə qarşısındadır
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

11
(Yenilənib 16:56 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

11
Teqlər:
xəstə, COVID-19, Koronavirus, Masallı
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

13
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

13
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı