Əlində bıçaq olan kişi, arxiv şəkli

Şəmkirdə qohumlar arasında dava - ölən var

20
(Yenilənib 10:34 27.07.2020)
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

BAKI, 27 iyul — Sputnik. Ötən gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Şəmkir Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

20
Əlaqədar
Abşerondakı kütləvi davada ölü və yaralı sayı artıb
Baş Prokurorluq Lerikdəki dəhşətli qətllə bağlı məlumat yaydı
Lerikdə dəhşətli qətl: Qayınata kürəkənini yandırıb meşədə basdırdı
Ölkədə ağır cinayətlərin sayı durmadan artır: Koronavirus adamların həyatını alt-üst edib
Ağdaşda ər arvadını atası evində qətlə yetirib
Вице-премьер Узбекистана Уктам Барноев

Özbəkistan baş nazirinin müavini koronavirusdan həyatını itirib

8
(Yenilənib 15:05 20.09.2020)
Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

BAKI, 20 sentyabr - Sputnik. Özbəkistanın baş nazirinin müavini Uktam Barnoyev COVID-19-dan vəfat edib. Bu barədə Sputnik Özbəkistan xəbər verir.

Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

Uktam Barnoyevin 56 yaşı var idi.

Özbəkistanda artıq üçüncü rəsmi şəxs koronavirusdan vəfat edir. Qaraqalpaq Müxtariyyətinin parlamentinin sədri Musa Ərniyazov və Özbəkistan maliyyə nazirinin müavini Erkin Tursunov da COVID-19-dan vəfat ediblər.

Ümumilikdə Özbəkistanda koronavirusdan 429 nəfər ölüb.

8
Bakıda buludlu hava

Sabaha olan hava proqnozu açıqlandı

13
(Yenilənib 13:23 20.09.2020)
Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq. 

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.  

13
Nüvə başlığı, arxiv şəkli

ABŞ rəsmisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:28 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: "Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib. 

0
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ