Naqan markalı tapança, arxiv şəkli

Bakının mərkəzində odlu silahla gəzintiyə çıxan şəxs saxlanılıb

19
“Sahil” bağında üzərində odlu silahla gündüz saatlarında hərəkət edən şəxs çox güman ki, könüllü olaraq orduya yazılmaq istəyirmiş. Əks halda, onun hərəkətini izah etmək olmur.

BAKI, 25 iyul - Sputnik. Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, İdarəyə Elşad adlı şəxsin “Sahil” bağında üzərində odlu silahla hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 7 ədəd patron aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə 1 ədəd əl qumbarası, onun alışqanı və 1 ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

19
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda 6 avtomobil toqquşub, ölən var

258
(Yenilənib 00:39 23.09.2020)
"VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda Hava Limanı istiqamətində, Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya düşüb. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyota", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

258
Teqlər:
ölüm, sürücü, zəncirvari qəza, avtomobil, qəza, Bakı
Oğlan, arxiv şəkli

Qubada məktəbli intihar etdi

25
(Yenilənib 21:30 22.09.2020)
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 22 sentyabr - Sputnik. Qubada dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon Rustov kənd sakini, 16 yaşlı Ülfət Rufət oğlu Mustafayev Püstəqasım kəndində Sultan Yəhyayevə məxsus evin həyətində özünü asıb.
Ülfət Mustafayev Püstəqasım kənd sakinləri ilə birlikdə müəyyən müddətdir ki, alma yığımına gedirmiş. 
Bu gün işə getməyərək, Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin həyətdəki tut ağacından asılmış vəziyyətdə görüblər.
Hadisə ilə bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb.

25
Teqlər:
Quba, məktəb, intihar
İnternat məktəbi, arxiv şəkli

Azərbaycan internatlarında yaşayan balacalarla bağlı kədərli statistika

0
(Yenilənib 12:55 23.09.2020)
Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər

BAKI, 23 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib. O bildirib ki, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır: "3 yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Həmçinin dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var".

C.Şahverdiyev övladlığa uşaq götürmə ilə bağlı tələblərə də toxunub. O bildirib ki, hər valideyn himayəsindən məhrum olunmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır: "Bunun üçün təhlillər aparılır, valideyn razı olarsa, uşaq övladlığa verilir. Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər".

0
Əlaqədar
İnternat məktəblərinə qəbul qaydası dəyişib
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
Təhsil Nazirliyi internat məktəbi ilə bağlı iradlara cavab verdi
İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb
İnternat yetirməsi: "Bizi ac saxlayırdılar, dövlət geyim versə də, onu vermirdilər"