DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Narkotacirlərin narkotik əməliyyatı baş tutmadı - VİDEO

24
(Yenilənib 17:54 22.07.2020)
Sonuncu əməliyyatlar nəticəsində 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

BAKI, 22 iyul — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə paytaxt sakini Emil Cəlilov saxlanılıb. Onun üzərindən 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Emil Cəlilovun yaşadığı evdən əlavə 665 qram heroin və 288 qram metamfetamin aşkarlanıb. O, ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə tanışı Toğrul Talışlıdan aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanıisə 3 qram metamfetamin və 7 qram marixuana aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Atakişi Məmmədov saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin, yaşadığı evdən isə əlavə 1 kiloqram 88 qram heroin, 395 qram qurudulmuş marixuana, 269 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfində Nəsimi rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Murad Axundov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 qram heroin, idarə etdiyi avtomobildən isə 1 kiloqram 20 qram heroin və 140 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sonuncu əməliyyatlar nəticəsində 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və gizlədiblər. Onlar narkotik vasitələri İran vətəndaşlarının deyəcəkləri adamlara satmalı və ya pulun bir hissəsini geri göndərməli imişlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

24
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

111
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

111
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

90
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

90
Məktəblərin birində, arxiv şəkli

"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"

0
(Yenilənib 08:28 29.10.2020)
"Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində elan olunmuş tətil davam edir. Noyabrın 2-dən sonra təhsilin hansı formada davam edəcəyi isə hələ aydın deyil. Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, noyabrın 2-dən sonra tədrisin hansı formada aparılması ilə bağlı işlər gedir: "İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək".

Sputnik Azərbaycan pandemiya dövründə və hərbi vəziyyətdə noyabrın 2-dən sonra dərslərin hansı formada bərpa edilməsinin mümkünlüyünü araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını dəyərləndirib. O bildirib ki, hər şey proseslərin gedişatına bağlıdır: "Özünüz də qeyd etdiniz ki, bir tərəfdən koronavirusa yoluxma artır, digər tərəfdən isə cəbhədə vəziyyət gərgindir. Mən həmişə vurğulamışam ki, təhsil dəyərdir. Amma sağlamlıq bir ayrı dəyərdir. Vətəni qorumaq isə müqəddəs dəyərdir. İndi əgər müqəddəs dəyər və sağlamlıqla yanaşı, həm də ali dəyər uğrunda mübarizə aparırıqsa, ilk növbədə bu dəyərləri qorumalıyıq. Vətənimizi düşmən tapdağından qurtaraq, ondan sonra Təhsil Nazirliyi qalan problemləri həll edəcək. Dövlətimizin hər zaman təhsilə qayğısı var, bundan sonra da bu qayğını artıracaq".

Ş.Əsgərov deyir ki, hər şey ölkəmizdə virusa yoluxma ilə bağlı vəziyyətin necə dəyişəcəyindən asılıdır: "Əgər virusa yoluxma sayı aşağı düşərsə, yəqin ki, əyani təhsili bərpa etmək mümkün olacaq".

Kamran Əsədov isə Təhsil Nazirliyinin problemdən çıxış yolu tapmaqda gecikdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 9 aya normal bir uşaq dünyaya gətirmək mümkün olduğu halda, Təhsil Nazirliyi bu qədər müddətə bir resurs hazırlayaraq ortaya çıxarda bilməyib: "Pandemiya mart ayından başlayıb. Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər. Amma indiyədək işlək bir resurs hazırlayıb ortaya qoymadılar. Bu gün ümumi internetin verilişində problem yoxdur. Problem bir sıra platformalara girişdədir. Xarici saytlara giriş məhdudlaşdırılıb. Hər məktəbin öz videokonfrans proqramı vasitəsilə dərslərin keçirilməsi mümkündür. Azərbaycanda kompüter üzrə bu qədər mütəxəssislərimiz olduğu halda, bütün ölkənin şagirdləri teledərslərin ümidinə qalıb".

K.Əsədov bildirir ki, hazırda yeganə əlçatan resurs teledərslər olduğundan, teledərslərlə işləmək əsas çıxış yoludur: "9 aya bir normal uşaq dünyaya gəlir. Amma Təhsil Nazirliyi 9 aya yaxın müddətdə normal işlək resurs hazırlayaraq ortaya çıxartmayıb ki, şagirdlər məsafədən dərs keçsinlər. İndi nazir problemi iki həftəyə aradan qaldırmağı vəd edir. Bunun nə dərəcədə mümkün olduğunu isə tətil bitəndən sonra görmək mümkündür".

Qeyd edək ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib. Nazir qeyd edib ki, noyabr ayında ənənəvi tətil günləri qabağa çəkilib. Odur ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günlərindən istifadə edilir. Xatırladaq ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

0