Azərbaycan bayrağı, arxiv şəkli

Avstraliyadakı səfirliyimizə qarşı vandalizm aktı törədilib - FOTO

340
(Yenilənib 18:57 20.07.2020)
R.Qurbanov vurğulayıb ki, təxribatçılar sonradan öz hiyləgər və barbar "şücaətlərini" sosial media hesablarında paylaşmış və öz həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq etmiş,

BAKI, 20 iyul — Sputnik. Avstraliyada yaşayan ermənilər tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı vandalizm aktı törədilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup naməlum şəxs qanunsuz olaraq səfirliyin inzibati binasının ərazisinə daxil olaraq, təxribatçı əməllərə yol verib. Sonradan bu əməllərin "Erməni Gənclər Federasiyası"nın üzvləri tərəfindən törədildiyi üzə çıxıb. Səfirlikdə yaşayan insanların yatmasından istifadə edən qorxaq ermənilər sübh vaxtlarında səfirliyin inzibati ərazisinə daxil olaraq, böhtan və yalan xarakterli bannerlərini yerləşdiriblər.

© Photo : AZƏRTAC
Hadisə yerində

Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, təxribatçılar məhz Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı təxribatların qarşısının Azərbaycan diasporu tərəfindən qətiyyətlə alındığını nəzərə alaraq, qorxaqcasına sübh saatlarında bu vandal əməli həyata keçirərək qaçıblar.

R.Qurbanov vurğulayıb ki, təxribatçılar sonradan öz hiyləgər və barbar "şücaətlərini" sosial media hesablarında paylaşmış və öz həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq etmiş, hətta bəziləri səfirliyin binasını yandırmağa belə çağırmaqdan çəkinməyiblər.

Qeyd olunan təxribatçı əməl barədə Avstraliyanın əlaqədar qurumlarına dərhal məlumat verilib və hazırda hadisə ilə bağlı Avstraliya Federal Polisi tərəfindən araşdırma aparılır.

340
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

23
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

22
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

22
(2:07 / 16.42Mb / просмотров видео: 5)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə